İrina Ağalarova oğlu, Xalq artisti və iş adamı Emin Ağalarovun uşaqlıq xatirələrindən danışıb.
OLAY yazır ki, sənətçi bununla bağlı valideyninin müsahibəsindən video yayımlayıb.
İ.Ağalarova oğlu Eminin çətin və mürəkkəb əşyaları asanlıqla yığmaq bacarığına malik olduğunu bildirib:
“Müəyyən yaşa qədər oğlum Emin gözəl uşaq idi. Amma sonra bütün yeniyetmələr kimi o da özünü pis aparmağa başladı. Xarakter dəyişdi... Şükür ki, bu, çox çəkmədi. Sonra o, gözəl bir gəncə çevrildi. Emin əlləri ilə nələrsə etməyi çox sevirdi.
O, xırda hissələrdən nələrsə yığmağa uzun müddət sərf edə bilərdi. Yadımdadır ki, Amerikadan dostlarımız yığılması çətin olan helikopter maketləri gətirirdilər. Və Emin o helikopteri özü yığırdı. Həmin helikopteri onlar özləri yığmağa çalışdılar, amma bacarmadılar. Eminə dedilər ki, bu helikopter maketinin yığılması üçün sənə pul verəcəyik. O onlar üçün həmin helikopteri yığdı. Belə bir epizod var idi”.
Qeyd edək ki, İrina Ağalarova məşhur iş adamı Araz Ağalarovla ailəlidir. Cütlüyün 2 qız və bir oğlan övladı var.
Rəşad Əliyev