WOW
WOW

Komediyaçılar Rusiya vətəndaşlığından məhrum edildi - Fotolar

Komediyaçılar Rusiya vətəndaşlığından məhrum edildi - Fotolar

“Stand-up” komediyaçıları Vyaçeslav Komissarenko və Dmitri Romanov Federal Təhlükəsizlik Xidmətinin qərarı ilə Rusiya vətəndaşlığından məhrum ediliblər. 

OLAY yazır ki, bu haqda agentliyin saytında məlumat verilib.

Onların Rusiyaya giriş qadağan edilib.

Komissarenko Belarus prezidentinə böhtan atdığına görə dövlətlərarası axtarışa verilib. O, ekstradisiyadan qorxaraq Ukraynaya köçüb. 

Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, Romanov Polşada Ukrayna Silahlı Qüvvələrinə yardım göstərmək, o cümlədən Ukrayna ordusu üçün humanitar yardımın çeşidlənməsi ilə məşğul olan könüllülər mərkəzinin işində iştirak edib.

Həmçinin bildirilib ki, vətəndaşlığın ləğvi ilə bağlı qərarın əsasını Avropada Xüsusi hərbi əməliyyatının (Rusiyanın Ukraynaya hücumu – red.) davranışını tənqid edən və Rusiyanın konstitusiya quruluşunu sarsıtmağa çağıran komediya aktyorlarının çıxışları təşkil edib.