Dünyaca məşhur reper və iş adamı Kanye Uest ayrılıqları ilə bağlı şayiələr fonunda, həyat yoldaşı, qalmaqallı model Bianka Sensori ilə yeni fotosunu yayımlayıb.
OLAY yazır ki, sənətçinin “X” (keçmiş Twitter) sosial şəbəkə hesabında yayılan fotoda 30 yaşlı model ipək “body” və hündür dəri çəkmə geyinərək onun yanında poza verib.
Xatırladaq ki, bundan əvvəl isosial mediada Sensori 47 yaşlı Uesti ictimai davranışına görə tərk etdiyi xəbərləri yayılıb. Belə ki, son aylar reper bir sıra qalmaqallı açıqlamalar verib. Xüsusən də özünü nasist adlandırıb, bəzi ulduzlar (məsələn, Beyons və Cey Zi, Taylor Svift) haqqında sərt açıqlamalar verib və zorlamada ittiham olunan həmkarı reper və musiqi prodüseri Pi Diddinin (əsl adı Şon Kombs) həbsdən azad olunmasını istəyib. Bianka boşanma şayiələrini şərh etmədi, lakin sosial şəbəkələrdə ünsiyyəti praktiki olaraq dayandırıb. Uest özü dolayı yolla Sensori ilə ayrıldığını təsdiqləyib: o, bu barədə yeni trek çıxarıb.
Qeyd edək ki, Kanye Uest və Bianka Sensori 2023-cü ildə evləniblər. Ehtimal olunur ki, onun ictimai imicinin yaradılmasının arxasında reper dayanır: onunla birlikdə model açıq-saçıq geyimlərdə ictimaiyyət qarşısına çıxmağa başlayıb və bu yaxınlarda keçirilən “Qremmi” mükafatlandırma mərasimində o, demək olar ki, tamamilə çılpaq görünüb. Sosial şəbəkə əhli psixi cəhətdən qeyri-sabit musiqiçinin ətrafında təhlükədə olduğu deyilən Sensori ilə bağlı narahatlıqlarını ifadə edirlər. Belə ki, bir müddət əvvəl Uest bipolyar pozğunluq və autizmdən əziyyət çəkdiyini etiraf edib.