Rusiyanın qalmaqallı “Dom-2” realiti-şounun keçmiş iştirakçısı Dmitri Lukin Moskvada öz mənzilində vəhşicəsinə qətlə yetirilib.
OLAY yazır ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, 33 yaşlı kişi dəfələrlə bıçaqlanıb.
Hadisə ötən bazar ertəsi baş verib.
Qalmaqallı televiziya layihəsinin iştirakçısı dostu ilə birlikdə Şyolkovskoye şossesindəki evində olub. Onların arasında mübahisə baş verib. Lukinin dostu bıçağı götürərək ona zərbələr endirib. Dmitri hadisə yerində dünyasını dəyişib.
Məhkəmə-tibb ekspertlər boyun, baş və bədən nahiyəsində 50-dən çox bıçaq yarası hesablayıb.
Şübhəli şəxs Dərbənddən olan Stanislav B. adlı şəxsdir, onun 51 yaşı var. Qatildə şübhəli bilinən şəxs ötən gün həbs edilib. Onun bədənində yaralar və xəsarətlər də aşkar edilib. Faktla bağlı cinayət işi açıldığı bildirilir.
Qeyd edək ki, Lukin “Dom-2”də cəmi bir neçə ay – 2016-cı ilin dekabrından 2017-ci ilin martına qədər iştirak edib. Bundan sonra o, Rusiyanın bir neçə telekanalında çalışıb.