Mərhum türk aktrisa Fatma Girik və Belgin Dorukun ifaları ilə yaddaşlara həkk olunan “Kanlı Nigar” obrazı bu dəfə Hülya Avşara həvalə edilib.

OLAY yazır ki, ötən gün keçirilən mətbuat konfransında kameralar qarşısına keçən Hülya Avşar yeni layihə ilə bağlı fikirlərini bölüşüb.

“Uzun illərdir aktyorluq və musiqini bir araya gətirəcək bir layihədə iştirak etmək istəyirdim. Allah da könlümə görə verdi”, — deyə sənətçi bildirib.

Hülya Avşar rola hazırlaşarkən Fatma Girikin ifasını izlədiyini və onun obrazı necə canlandırdığını diqqətlə araşdırdığını da qeyd edib.

Beləliklə, türk kino və teatr tarixində iz qoyan “Kanlı Nigar” obrazı yeni ifa ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

Fatma Girikin rolunu o oynayacaq Fatma Girikin rolunu o oynayacaq