İnfluenser Aysel Şükürün keçmiş həyat yoldaşı Oqtay Əhmədov uzun müddətdir ödənilməyən aliment borcuna görə 10 sutkalıq inzibati qaydada həbs edildiyi iddia edilib.
OLAY-ın əldə etdiyi məlumata görə, tərəflər arasında bundan əvvəl də hüquqi müstəvidə mübahisələr yaşanıb. Təxminən bir il əvvəl Oqtay Əhmədovun TikTok və Instagram sosial şəbəkələrində açdığı canlı yayımlarda Aysel Şükürova barəsində təhqir və böhtan xarakterli ifadələr səsləndirdiyi iddia olunub. Həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri üzrə hüquqi proses aparılıb və aprel ayında bu iş üzrə də cəza tətbiq edilib.
Bu gün isə aliment öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı ayrıca işə baxılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Oqtay Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum edilib.