Türkiyədə televiziya proqramında aralarında isti münasibətlərin olduğu iddia edilən 47 yaşlı qayınana Güldane Şahin və kürəkəni 21 yaşlı Cuma Doğan həbs edilib.
OLAY yazır ki, bu barədə türk mətbuatı məlumat yayıb.
Bildirilib ki, Sülh Cəza Məhkəməsi tərəfindən açılan araşdırmada qayınana və kürəkən barəsində “xüsusi təhdid” maddəsi ilə həbs qərarı çıxarılıb.
21 yaşlı Cuma Doğanın 21 yaşlı nişanlısı, fiziki məhdudiyyətli Dilek Şahinə şiddət göstərdiyi də iddia olunub.
Həmçinin Cumanın fərari olduğu üzə çıxıb. O, həbs olunarkən əməllərindən peşman olmadığını bildirib.
Qeyd edək ki, Esra Erolun proqramında Güldanenin (red.- qayınana) Cumadan 3 aylıq hamilə olduğu ortaya çıxıb. Hadisə Türkiyə ictimaiyyəti tərəfindən rezonansa səbəb olub. Onlar veriliş zamanı polis tərəfindən saxlanılıb.