“Gönül Dağı” serialının aktyor Berk Atan qəzaya düşüb.
OLAY yazır ki, aktyor axşam saatlarında avtomobil qəzası keçirib.
Arxada əyləşən Berk təhlükəsizlik kəmərini taxmadığı üçün ciddi xəsarət alıb.
Hadisə nəticəsində aktyorun qabırğa sümüyü sınıb.
Hazırfa xəstəxanada olan sənətçi bir neçə gün həkim nəzarətində qalıb evə buraxılacaq.