WOW
WOW

“Onları efirdən küsdürməməliyik”

“Onları efirdən küsdürməməliyik”

“Özümüz inqilab etsək, onları üç ay efirə dəvət etməsək, camaat görməsə, tələb etməyəcək”.

OLAY yazır ki, bu sözləri müğənni Ayan Babakişiyevanın ad günündə aparıcı-prodüser Tarix Əliyev deyib.

Tolik bildirib ki, bayağı ifaçılar bir müddət efirə dəvət olunmasa, tamaşaçı onları görmək istəməyəcək:

“Günah bizdədir ki, Azərbaycan musiqisini, sənətini 950 cihaza qurban vermişik. 950 cihaz kimin evində quraşdırılıb, bilmirik. Gəlin, musiqimizi qoruyaq. Necə ki, burada Gülüstan xanım, Mətanət xanım, Xatirə, Kərim var. Ən azından Kərim Nisə Qasımova məktəbi görmüş sənətçidir. Bu gün sevilir. Burada kimlərisə görmürəmsə, üzr istəyirəm, amma onları efirdən küsdürməməliyik. Biz ürəyimizi onlara verməliyik. Lalə xanım hamımıza hörmət edib, ad çəkmədi. Mən də zəng etdim götürmədi. Amma haqqı var”.