Aparıcı Xoşqədəm Hidayətqızının ötən gün dünyasını dəyişən anası Ofeliya Baxşəliyeva ilə bağlı paylaşım edib.
OLAY yazır ki, televiziya ulduzu bununla bağlı instaqram səhifəsində Məmməd Arazın yazdığı şeirinin bir bəndini yayımlayıb.
“Daha gəlməyəcək anamın səsi
Mənə də taleyin yumruğu dəydi.
Düzü, xatirimə dəyir, bəzisi
Soruşur mərhumun yaşı neçəydi?
Bilmirəm, düşmüşdü, saçlarına dən.
Dolaşır suallı cavab başımda.
Ana kədərini yaşmıdır ölçən?
Ana itirmişəm ANA yaşında”
Qeyd edək ki, Xoşqədəm Baxşəliyeva bir müddət bundan əvvəl verilişində canlı yayımda həm atasında, həm də anasında xərçəng xəstəliyi aşkarlandığını bildirmiş, atasının Türkiyədə ağır əməliyyat keçirdiyini qeyd etmişdi.