WOW
WOW

Doğuşdan dünyasını dəyişən qayınanası ilə bağlı paylaşım

Doğuşdan dünyasını dəyişən qayınanası ilə bağlı paylaşım

Xəbər verdiyimiz ki, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının anası Ofeliya Baxşəliyeva vəfat edib.

OLAY yazır ki, bununla bağlı aparıcının müğənni həyat yoldaşı Doğuş instaqram səhifəsində paylaşım edib.

“Gecə anamızı, mələyimizi itirdik. Acımız böyükdür. İlk əvvəl həyat yoldaşıma, bacı və qardaşlarına, bütün sevənlərinə başsağlığı verirəm” - deyə, Doğuş paylaşımında yazıb. 

Qeyd edək ki, Xoşqədəm Baxşəliyeva bir müddət əvvəl verilişində həm atasında, həm də anasında xərçəng xəstəliyi aşkarlandığını, atasının Türkiyədə ağır əməliyyat keçirdiyini bildirmişdi.