WOW
WOW

Xoşqədəm Hidayətqızına ağır itki

Xoşqədəm Hidayətqızına ağır itki

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızına ağır itki üz verib.

OLAY “manset.az”a istinadən yazır ki, televiziya ulduzunun anası Ofeliya Baxşəliyeva vəfat edib. 

O üzun sürən xəstəlikdən sonra bu gecə dünyasını dəyişib.

Xoşqədəm instaqram səhifəsində anasının fotosunu paylaşaraq “Mələk anam, gözəl qəlbli anam...” şərhini yazıb. 

Qeyd edək ki, Xoşqədəm Baxşəliyeva bir müddət bundan əvvəl verilişində canlı yayımda həm atasında, həm də anasında xərçəng xəstəliyi aşkarlandığını bildirmiş, atasının Türkiyədə ağır əməliyyat keçirdiyini qeyd etmişdi.