Türk sənət musiqisinin divası Bülent Ersoyun sərvətinin bir hissəsi açıqlanıb.
OLAY yazır ki, bu haqda Türkiyənin “Sözcü” nəşri məqalə yayımlayıb.
Bildirilib ki, 72 yaşlı Ersoyun İstanbulda 28 məzili, və dörd lüks villası var.
Bununla yanaşı sənətkarın Muğla, Bodrum, Antalya və Marmarisdə villaları var. Müğənninin 30 metrlik dəbdəbəli yaxtası var.
Həmçinin Bülentin İstanbul Fənərbaxçada saunaya sahibdir. Antalya və Fethiyedə yanacaqdoldurma məntəqəsi alıb. Eyni zamanda Ersoyun tikintidə istifadə edilən kran avtomobilləri var ki, onlar kirayə verilir.