Dünya şöhrətli futbolçu və iş adamı Kriştiano Ronaldo özünə yeni lüks təyyarə alıb.
OLAY yazır ki, idmançı “Bombardier Global Express” təyyarəsinə sahiblənib.
Sözügedən nəqliyyat vasitəsi göyərtəsində 17 nəfər sərnişini qəbul edə bilər. Üç istirahət, şəxsi yataq, duşlu vanna otaqları və mətbəxdən ibarətdir.
Kriştiano ailəsi ilə birgə artıq yeni təyyarədən səyahətlər üçün istifadə etməyə başlayıb.
Qeyd edək ki, bu, Ronaldunun ilk təyyarəsi deyil. Belə ki, ulduz futbolçunun daha əvvəl “Gulfstream G200” nəqliyyat vasitəsi olub. Lakin yüksək texniki xidmət xərclərinə görə Kriştiano təyyarəni satmaq məcburiyyətində qalıb.