Müğənni Səidə Dadaşova köməkçisi tərəfindən geyimlərinin oğurladığını iddia edib.
OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Günə bax” verilişində danışıb.
Səidə bildirib ki, həmin şəxsi əvvəlcə özünə köməkçi kimi götürsə də sonradan o müğənnilik etmək istəyib:
“Gördüm ki, kasıb bir insandır. Onu özümə köməkçi kimi götürdüm. Dedim ki, aylıq ona maaş verəcəyəm, qalsın yanımda işləsin. Onu geyindirirdim. Sonra gördüm ki, müğənni olmaq istəyir. Salona məndən əvvəl gedirdi, məndən çox bəzənirdi. Hətta o evimdən paltarlarımı oğurladı. Bir çox şeylər oldu. Mənə dedi ki, başqası olsaydı məni çoxdan müğənni edərdi. Sən isə mənə kömək etmədin. Sən kasıb bir qız idin. Sadəcə istədim ki, yanımda çalışasan, kömək edim ki, şəraitini qurasan. Sən demə bu mənə başqa məqsədlə yaxınlaşıb. Onu Gülyanaq və Gülyaz bacılarından birinin yanına apardım. Amma dedilər ki, bu insan heç nə bilmir”.