Rusiyada və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) dostları ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) tətilə yollanıb.
OLAY yazır ki, Dubayda istirahatin dadını çıxaran ulduz su idman növülərindən biri olan veykborddakı məhərətini nümayiş edib. Coni yüksək sürətlə idarə olunan yaxtadan iplə tutaraq bir neçə dəqiqə ərzində yıxılmadan su lövhəsinin üzərində dayanıb. Sağlamlıq üçün ifaçı buz vannası da qəbul edib.
Həmin anları Coni instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.