WOW
WOW

Şumaxer baba oldu! - Fotolar

Şumaxer baba oldu! - Fotolar

“Formula 1” yarışının əfsanəvi ulduz pilotu Mixael Şumaxer baba olub.

OLAY yazır ki, 7 qat “Formula 1” çempionunun 29 yaşlı qızı Cina martın 29-da qız övladı dünyaya gətirib.

İdmançının varisi və onun əri, xizəklə tullanmaçı Yan Betke bu xoş xəbəri instaqram səhifəsində izləyiciləri ilə bölüşüb. 

“Dünyaya xoş gəldin, Millie. Qəlbimiz həmişəkindən daha dolğundur. Həyatımızda olduğun üçün çox xoşbəxtik” - deyən xoşbəxt valideynlər yeni doğulmuş qız körpənin əlindən tutaraq çəkdikləri ağ-qara fotoya şərh yazıblar. 

Qeyd edək ki, Şumaxeyin qızı Cina idman sülaləsini davam etdirir və uğurlu atçılıqdır. Bu yaxınlarda qızın atasının səhhətinin daha da pisləşməsi məlumatı mətbuata yayılıb. 56 yaşında 2013-cü ildə dağ-xizək kurortunda yıxılaraq başını vurduqdan sonra yalnız arabir emosiya nümayiş etdirir.