Olay
Olay

Şəbnəm İradənin cavabını verdi!

Şəbnəm İradənin cavabını verdi!

Müğənni Şəbnəm Tovuzlu həmkarı İradə İbrahimovanın “Afaqla 10lar” verilişində dilə gətirdiyi “Mən sinifdə qaldım. Türkiyədə Şəbnəm mahnılarını eşitməmişəm” sözlərinə cavab verib.

OLAY yazır ki, Şəbnəm İradənin yalan danışdığını bildirib.

“Mənim ifa etdiyim “Kapriz” mahnısı bu dəqiqə Türkiyədə çox sevilir. İstanbul şəhərinə düş balaca uşağa “Kapriz”i oxu başlayacaq oynamağa. Bu mahnı orada hamı tərəfindən tanınır və sevilir”, - deyə Ş.Tovuzlu qeyd edib.

Bununla da ürəyi soyumayan Şəbnəm sənət yoldaşı İradənin mahnılarını dinləmədiyini söyləyib:

“İradəni Azərbaycan səhnəsində 15-20 il bundan əvvəl görmüşəm. Nə yalan deyim, onun mahnıları yadımda deyil. İfalarını dinləməmişəm”.