Amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsini satıb.
OLAY yazır ki, əvəllər “Tvitter” kimi tanınan “X”i süni intellekt “xAI” şirkətinə 33 milyard dollara satıb.
“xAI” və “X”in gələcək perspektivləri bir-birinə bağlıdır.
Bu gün biz rəsmi olaraq məlumatları, modelləri, hesablamaları, paylanmanı və bacarığı birləşdirmək üçün bu addımı atdıq. Bu birləşmə “xAI”nin qabaqcıl süni intellekt qabiliyyəti vasitəsilə “X”in geniş əhatə dairəsinə çatması üçün böyük imkan açacaq” - deyə, Mask bildirib.
Qeyd edək ki, İ.Mask 2022-ci ildə “Tvitter”i 44 milyard dollara alaraq adını “X” olaraq dəyişdirmişdi.