WOW
WOW

Uşaqları doğulan Meqan və Kolson yenidən birləşirlər?

Uşaqları doğulan Meqan və Kolson yenidən birləşirlər?

Kolson Baker (Machine Gun Kelly) və Meqan Foks cütlüyünün qızı doğulduqdan sonra yenidən ailə olmağı düşünmürlər.

OLAY “Page Six” nəşrinə istinadən yazır verir ki, cütlük gələcəkdə münasibətlərinə yenidən şans verməyə hazırdır. 

İndi Meqan və Kolson sadəcə dostdurlar.

Bununla belə, onlar hazırda daha çox diqqəti qızlarına yönəldiblər nəyinki münasibətlərini bərpa etməyə. Ona görə də hazırda romantikanın təzələnməsindən söhbət getmir.

Meqan Foks və Kolson Baker (Machine Gun Kelly) 2020-ci ildə aktrisanın keçmiş əri Brayan Ostin Qrindən boşandığı zamanı rol aldıqları “Taxıl tarlasında gecə yarısı” filmin çəkiliş meydançasında tanış olublar. Bir il sonra cütlüyün nişanlandığı məlum olub. Daha sonra ikili arasında tez—tez küsüb, barışmalar yaşanıb.

Qeyd edək ki, Meqan Foksun əvvəlki evliliyindən artıq üç oğlu var: 12 yaşlı Nuh, 10 yaşlı Bodhi və səkkiz yaşlı Corni. 34 yaşlı Beykerin keçmiş həyat yoldaşı Emma Kannondan 16 yaşlı Keysi adlı qızı da var.