WOW
WOW

75 yaşlı Hollivud aktrisası ərə gedir!

75 yaşlı Hollivud aktrisası ərə gedir!

75 yaşlı Hollivud aktrisası Meril Strip ərə gedir. 

OLAY yazır ki, sənətçi tezliklə həmkarı, 75 yaşlı Martin Şort ilə nikah masasına oturacaq. 

Bununla bağlı “RadarOnline” nəşri məlumat yayıb. 

Cütlüyə yaxın mənbə nəşrə açıqlamasında bildirib ki, Meril və Martin indi toy mərasimi üçün ideal yer axtarır.

"Onların hər ikisi Montecito yaxınlığındakı “The Ritz-Carlton Bacara”nı bəyəniblər. Belə ki, həmin məkan məxfiliyi qoruyur”, - deyə mənbə nəşrə vurğulayıb.  

Qonaqların siyahısı da artıq hazırlanıb. Toyda iştirak edəcək məşhurlar arasında Selena Qomez, Stiv Martin və Tom Hanksın adı var. 

Toyun tarixi hələlik bəlli deyil, çünki aktyor cütlüyü toyu gizli saxlamağa çalışırlar.