Dünya pop səhnəsinin əfsanəvi ulduzu Cennifer Lopez 17 yaşlı qızı Emma ilə bərabər Denzel Vaşinqton və Ceyk Cillenholın rol aldığı Nyu-Yorkdakı “Barrymore” Teatrında “Otello” myüziklının premyerasında iştirak ediblər.
OLAY yazır ki, qala gecənin qırmızı xalı mərasiminə sənətçi əyninə dəbdəbəli üzəri muncuqlarla bəzədilmiş libas geyinib.
Lopez görünüşünü qara xəz palto, və bahalı zinət əşyaları ilə tamamlayıb.
Cenniferin qızı isə əyninə zolaqlı boz kostyum geyinib.
Ana-bala paparatsiyaların obyektivinə pozalar verib.
Sosial şəbəkə əhli Lopez obrazına təriflər yazsalar da lakin qızı Emmanın oğlansayağı tərzini tənqid ediblər.