WOW
WOW

İlon Maskın keçmiş arvadı xəstə olduğunu açıqladı

İlon Maskın keçmiş arvadı xəstə olduğunu açıqladı

Dünyaca məşhur amerikalı milyarder İlon Maskın keçmiş həyat yoldaşı, müğənni Qraymsa autizm diaqnozu qoyulub. 

OLAY yazır ki, bu haqda 37 yaşlı sənətçi “X” sosial şəbəkə hesabında paylaşım edib. 

“Bu il mənə DEHB (diqqət çatışmazlığı və hiperaktiv pozğunluq) və autizm diaqnozu qoyuldu. Disleksiyaya sahib olduğumu başa düşdüm. Bunu uşaq vaxtı bilsəydim, daha az işləyərdim, dərman qəbul edərdim. Məndə olan bir çox qəribə vəsvəsələr və motivasiyalar patoloji olaraq görünərdi” - deyə, Qreyms paylaşımda yazıb. 

Qeyd edək ki, eks-cütlüyün 4 yaşında X Æ A-Xii, 3 yaşında Eksa Dark Siderel, 2 yaşında Texno Mexanikus adlı üç övladı var.