Aktyor Elməddin Cəfərov həmkarı Fərda Xudaverdiyevlə arasında keçən inciklikdən danışıb.
OLAY yazır ki, sənətçi bu barədə “Künc-bucaq” layihəsində açıqlama verib:
“Fərdanı çox istəyirəm. “Stand up”da Azərbaycanda bir nömrədir. Uzun illər dostluğum olub. Üzüldüyüm nöqtə var idi: Ən yaxın dostum gedib haqqımda elə danışmamalıdır. Məni hamı tanıyır. Elə xasiyyətdə biri deyiləm. Heç kimin çörəyini kəsməmişəm. Haqqımda bu söz deməyin məni incitdi. Qardaş kimi sənin yanında olmuşam. Tolikin verilişində gedib şou düzəltdi. Mənə zəng etdilər, cavab vermədim”.
Qeyd edək ki, Fərda “Qara-qura işlər” layihəsi ilə bağlı danışarkən “Elməddin torbamı tikib” ifadəsini səsləndirmişdi.