Bakıda Zəfər Gününün 6-cı ildönümünə həsr olunan “Qələbə qaçışı” möhtəşəm musiqi proqramı ilə yadda qalıb.

OLAY yazır ki, tədbirdə Xalq artisti Röya Ayxan səhnə alıb.

Noyabrın 1-də keçirilən tədbirdə səhnəyə çıxan sənətçi iştirakçılara və qonaqlara musiqi dolu anlar yaşadıb.

Qeyd edək ki, bu il altıncı dəfə təşkil olunan “Qələbə qaçışı” Vətən müharibəsində qazanılan tarixi Zəfərin 6-cı ildönümünə həsr edilib. “Qürurla irəli” şüarı altında keçirilən yarışda 2 minə yaxın iştirakçı bir araya gəlib.

Xeyriyyə məqsədi daşıyan layihə çərçivəsində toplanan ianələrin “YAŞAT” Fonduna yönəldilməsi nəzərdə tutulub.