WOW
WOW

“Sihirli Annem” qayıdır!

“Sihirli Annem” qayıdır!

Türkiyənin məşhur fantastik serialı “Sihirli Annem” film olaraq geri qayıdır.

OLAY yazır ki, filmin prodüseri “Poll Films” şirkətinin sahibi Polat Yağcıdır. Daha əvvəl ertələnmiş bu layihə, uzun illər Londrada yaşayan Betüş obrazı ilə tanınan İnci Türkayın geri dönüşü ilə tamaşaçılarla yenidən görüşəcək. Aktrisa 10 ildən sonra ilk dəfə bir film layihəsində baş rolda yer alacaq.

2022-ci ildə vəfat edən Gamze Özerin ssenarisini yazdığı filmin çəkilişlərinə tezliklə start veriləcək. Filmdə İnci Türkay, Şahap Sayılgan, Nevra Serezli, Gül Onat, Ayşen İnci, Süeda Çil, Jess Molho, Tiraje Başaran, Damla Ersubaşı, Jennifer Boyner, Gizem Güven və Zeynep Özkaya kimi tanınmış aktyorlar rol alacaq.