Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Ankarada Fələstindən olan ailələrlə birgə iftar məclisində iştirak edib.
OLAY yazır ki, bununla bağlı Ərdoğan “X” sosial şəbəkə hesabında paylaşım edib.
Tədbirə əsasən Qəzza zolağından olan ailələr qatılıb.
Ərdoğan Beştepe Millet Sergi Salonunda təşkil edilən iftar zamanı çıxış edib və qəzzalılara dəstəyini bir daha vurğulayıb.
Tədbir zamanı qəzzalı uşaqlar Ərdoğanla şəkil çəkdirmək üçün onun ətrafına toplaşıb.
Həmin anlar isə fotoqrafların obyektivindən yayınmayıb.
Burada kiçik qəzzalı qızın Türkiyə prezidentinə sevgisini ifadə etdiyi anlar böyük maraqla qarşılanıb. Belə ki, Ərdoğanın alnından öpən qızın fotosu Türkiyə mediasında və sosial şəbəkələrdə geniş paylaşılıb.