Video
Video

Ərdoğana və xanımına müraciət etdi: "Mən heç nə gizlətmirəm"

Ərdoğana və xanımına müraciət etdi: "Mən heç nə gizlətmirəm"

Tükiyənin  Ədalət və İnkişaf Partiyasının (AK Parti) 22-ci ildönümü ilə əlaqədar konsert pproqramı təşkil edilib.

OLAY yazır ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın da qatıldığı konsertdə "Dualar, arzular, ümidlər səninlə" mahnısını Kibariye və amerikalı müğənni Della Miles səsləndirib. 

İfadan sonra Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana müraciət edən Kibariye, "Bilirsiniz ki, mən heç nə gizlətmirəm. Oxuyub yaza bilmirəm. Amma müəllimim mənə mahnını əzbərlətdirdi. Çox gözəl oldu" deyib. 

Sənətçinin bu sözlərinə Türkiyə prezidenti və xanımı gülərək qarşılıq verib.