WOW
WOW

Britni Spirs uzun müddət sonra ilk dəfə kiçik oğlu ilə görüşdü

Britni Spirs uzun müddət sonra ilk dəfə kiçik oğlu ilə görüşdü

Dünya pop səhnəsinin ulduzu Britni Spirs uzun müddət görmədiyi və ünsiyyətsiz qalan kiçik oğlu ilə yenidən bir araya gəlib. 

OLAY yazır ki, 43 yaşlı müğənni Ceydenlə videosunu instaqram səhifəsində izləyiciləri ilə bölüşüb. 

Görüntülərdə 18 yaşlı Ceyden üzərində Məhəmməd Əlinin təsviri olan “oversize” (böyük ölçülü – red.) köynək var. 

Kadrlarda onun Spirsin evində pianoda ifa etməsi, digərində onun rep oxuması (Ceyden həvəskar musiqiçidir) yer alıb.

“Oğlum indicə oynadı, aman Allahım! Mən bunu sümüklərimdə, ürəyimdə, ciyərlərimdə, göbəyimdə və boğazımda hiss etdim” - deyə, Britni videoda qışqıraraq vurğulayıb.

Qeyd edək ki, Britni Spirsin Ceydendən başqa ondan bir yaş böyük Şon adlı böyük oğlu da var. Müğənni onların hər ikisini keçmiş əri, rəqqasə Kevin Federlayndan dünyaya gətirib. Cütlük 3 illik evlilikdən sonra 2007-ci ildə boşanıb və məhkəmə uşaqları ataları ilə birlikdə yaşamaq hökmünü çıxarıb. Beləki Britni “təhlükəli” davranış göstərdiyi üçün uşaqların himayəsindən məhrum edilib. 

Spirs, əvvəllər vaxtı keçmiş vəsiqə ilə avtomobil idarə etdiyinə görə həbs olunub və xüsusi kurslarda olarkən 2003-cü ildən narkotik vasitələrdən istifadə etdiyini etiraf edib. Bundan sonra Britni uzun illər öz atasının himayəsində olub.

2008-ci ildə bir hakim, nəhayət, həmin il Spirsin ruhi vəziyyətinə görə aktrisaya öz atasının qəyyumluğuna verib. On il sonra məhkəmə Britniyə uşaqlarla vaxt keçirməyə icazə verib, lakin Federlayn oğlanların davranışlarına və çılpaq fotolarına görə analarını görmək istəmədiklərini iddia edib. 2021-ci ildə Britni atasının himayəsindən azad edilib və uzun müddətdən sonra ilk dəfə uşaqları ilə görüşüb. 

Eyni zamanda, Britni Spirs özü də pərəstişkarları arasında narahatlıq yaratmağa davam edir. Həbsdən çıxandan sonra dərman qəbul etməkdən imtina etdiyi bildirilən sənətçi sosial şəbəkələrdə yarıçılpaq rəqs etdiyi, tutarsız paylaşımlar etdiyi və kriminal keçmişi olan öz ev işçisi ilə görüşdüyü videolar yayımlayır. Sosial şəbəkə əhli Spirsin psixi problemlərinin pisləşdiyini yazırlar.