“Avroviziya 2025“də ölkəmizi təmsil edəcək Mamagama qrupunun müsabiqədəki səhnəsinin yaradıcı heyəti təqdim olunub.
OLAY yazır ki, qrupun Bazeldəki səhnə dizaynını Ace Bouerman, xareoqrafiyasını isə Corc Antonio quracaq.
Qeyd edək ki, A. Bourman dünyaca məşhur müğənnilər Dua Lipa, Blackpink, Rina Sauayama və Bebe Rexha ilə əməkdaşlıq edib. Corc Antonio isə xareoqraf kimi Sabrina Carpenter kimi məşhurla birlikdə çalışıb.