WOW
WOW

Səidə Quliyeva ad günündə anasını itirdi

Səidə Quliyeva ad günündə anasını itirdi

Xalq artisti Səidə Quliyevaya ağır itki üz verib.

OLAY Yenicag.az-a istinadən yazır ki, aktrisanın anası dünyasını dəyişib.

“Anam səhər saatlarında dünyasını dəyişdi. Uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. Doğum günümdə anamı itirdim. Yaşı çox idi, amma ananın yaşı olmur. Mənim üçün çox ağırdır”, - Səidə Quliyeva sayta açıqlamasında bildirib.

Qeyd edək ki, bu gün aktrisanın 68 yaşı tamam olur.