WOW
WOW

“Aygünlə o duetimiz alınmadı, mahnını tək oxuyacağam” - Namiq

“Aygünlə o duetimiz alınmadı, mahnını tək oxuyacağam” - Namiq

Meyxanaçı Namiq Qaraçuxurlu duet ortağı Xalq artisti Aygün Kazımovadan söz açıb.

OLAY yazır ki, sənətçi qonaq olduğu “İncə səhər” verilişində uzun zamandan A.Kazımova ilə hazırladıqları duetləri haqqında danışıb.

Proqramın aparıcısı Vüsalə Əlizadənin “Aygün xanım verilişimizdə olanda söylədi ki, duetlə bağlı Namiq biraz tənbəllik edir. Niyə duetiniz alınmadı?” sualına Namiqin cavabı belə olub:

“Həmişə ki, kimi Aygün xanım dezinformasiya verib. O nə istəyir danışır, vecinə də deyil. Duetimizin aranjimanı da və sözləri də demək olarki hazır idi. Artıq qalmışdır mənimlə Aygün xanımın səs yazma studiyasına girib oxumaq. Günlərin bir günü Aygün xanım mənə zəng edib mahnı ilə bağlı fikirlərini dedi. Məndə dedim ki, bəlkə mahnının janrını dəyişək. Çünki onun son zamanlar oxuduğu mahnı janrı başqadır. Dedim ki, birdən bu duetimizin janrı sənin üçün yaxşı olmaz. Dəyişmək istədik. O da mənim bu fikrim ilə razılaşdı. Görünür ki, onun da bu ağlanda imiş. Ona görə o məsələ yubandı biraz. Yeri gəlmişkən o mahnını mən özüm tək ifa edəcəyəm. 10-15 günə o mahnınə təqdim edəcəyəm. Mən bilsəydim ki, Aygün xanım “Can ol” mahnısı çıxardır onu elə birlikdə duet şəklində ifa edərdik. Amma bizim duetimiz mütləq şəkildə olacaq. Sadəcə janr üzərində biraz əziyyət və çətinlik çəkirik. Bilmirik mahnı hansı janrda olsun. Biz göstərməliyik ki, zaman və dövr keçib bizdə inkişaf etmişik və daha yaxşılaşmışıq. Həm də insanlar qəbul eləsinlər. Qəbul eləməsələr biraz... İnsanlar var ki, dinləyib deyirlər ki, köhnə duet və ya mahnılar daha yaxşı idi. İnsanlar da var ki, qulaq asıb deyəcəklər ki, yaradıblar, halal olsun. O “yaradıblar, halal olsun”u eşitmək istəyirik”.