WOW
WOW

Maskın 14-cü övladı dünyaya gəldi

Maskın 14-cü övladı dünyaya gəldi

Dünyanın ən varlı insanı İlon Maskın 14-cü övladı dünyaya gəlib. 

OLAY yazır ki, 53 yaşlı texnologiya maqnatı dördüncü övladını “Neuralink”in icraçı direktoru Siobhan Zilislə qarşılayıb.

“Bunu Elon ilə müzakirə etdikdən sonra gözəl və inanılmaz oğlumuz Seldon Likurqe haqqında birbaşa paylaşmağın ən yaxşısı olduğuna qərar verdik” – deyə Zilis “X” hesabında yazıb. 

Mask Zilisin paylaşımına ürək emojisi qoyub. 

Xatırladaq ki, milyarderin Castin Uilsonla ilk evliliyindən altı, Zilisdən artıq 4, Maskın 2021-ci ildə ayrıldığı müğənni Qraymsdan üç övladı var.

Bu günlərdə isə yazıçı Eşli Sent Kler Maskdan övlad dünyaya gətirdiyin açıqlayıb.