WOW
WOW

İlon Maskın 13-cü övladı doğulub

İlon Maskın 13-cü övladı doğulub

Dünyaca məşhur milyarder iş adamı İlon Maskın 13-cü övladı dünyaya gəlib. 

OLAY yazır ki, yazıçı Eşli Sent Kler Maskdan körpəsini 5 ay əvvəl dünyaya gətirdiyini bildirib.

“Mən bunu övladımızın məxfiliyini və təhlükəsizliyini qorumaq üçün əvvəllər açıqlamamışdım. Mediadan xahiş edirəm ki, övladımızın şəxsi həyatına hörmət etsinlər və müdaxilə xəbərlərindən çəkinsinlər”, - deyə Eşli vurğulayıb. 

İlon Mask 13-cü övladı ilə bağlı məlumatı nə təkzib, nə də təsdiqləyib.

Xatırladaq ki, milyarderin Castin Uilsonla ilk evliliyindən altı, ən kiçiyi bir yaşında olan Siobhan Zilisdən üç, Maskın 2021-ci ildə ayrıldığı müğənni Qraymsdan üç övladı var.