WOW
WOW

Fırıldaqçılar Rusiyada Jerar Depardyenin başına oyun açdılar

Fırıldaqçılar Rusiyada Jerar Depardyenin başına oyun açdılar

Fırıldaqçılar Rusiyada dünya şöhrətli fransız aktyor Jerar Depardyenin adına mikrokredit veriblər. 

OLAY yazır ki, indi 76 yaşlı sənətçi, mikromaliyyə təşkilatına 5 min rubl (təxminən 100 manat) üstəgəl gündən günə artan faizlər borcludur.

“Mash” teleqram kanalının yaydığı məlumata görə yeni dələduzluq sxeminin qurbanı olan Jerar 2013-cü ildən Rusiya pasportuna sahibdir. Bu səbəbdən Voronejdən olan bəzi fırıldaqçılar onun məlumatlarına əl atıb. Borc keçən ilin fevral ayından asılıb və onun üzərinə faizlər yığılır.

Üstəlik, Depardye Rusiya Kinematoqrafçılar İttifaqına yeddi il gecikmiş üzvlük haqlarına borcludur.