WOW
WOW

“Düşündüm ki, sayılı günlərim qalıb”

“Düşündüm ki, sayılı günlərim qalıb”

Əməkdar artist Aybəniz Haşımova açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, Xəzərin sahilində qonaq olan sənətçi üzləşdiyi çətinliklərdən söz açıb. 

Haşımova bildirib ki, bir il əvvəl tükənməzliklə üzləşib:

“Yaşa dolduqca hər zərbənin üzərində dik dayanıb üstünə yeridiyim oldu dərdin.  Onda başa düşdüm ki, dərd qarşımda məğlub olduqca başa düşürdüm ki, güclüyəm. Amma heç elə güclü olmaq istəmirdim. Bir il bundan əvvəl məndə tükənməzlik əmələ gəldi.  Mənə elə gəlirdi ki, artıq tükənirəm, bitirəm, son sayılı günlərim qalıb. Nəyə görə isə ona doğru gedirəm. Birdən qəribə bir səs eşitdim. Bilmirəm bu nə idi… O səs mənə “Dur ayağa” dedi. Çünki mən hələ belə olmamışdım. Hələ belə tükənməmişdim”.