WOW
WOW

Rafael Ağayevə yüksək vəzifə verildi

Rafael Ağayevə yüksək vəzifə verildi

Azərbaycanın olimpiya mükafatçıları, dünya və Avropa çempionları olan Rafael Ağayev və Hacı Əliyevə Milli Olimpiya Komitəsində (MOK) vəzifə verilib.

OLAY prosport.az-a istinadən yazır ki, MOK-un bu gün start götürən Hesabat-Seçki Baş Məclisində karate və güləş üzrə hər iki veteran idmançı da iştirak edir.

Onlar fərdi üzv kimi MOK-un növbəti 4 il müddətinə üzvü kimi qəbul edilib. Beləliklə, hər iki tanınmış idmançımızın bugünkü MOK Baş Məclisinin seçki prosesində səsvermə hüququ yaranıb.