Bir neçə həftə əvvəl insult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb.
Bu haqda aktrisanın özü OLAY-ın əməkdaşı ilə söhbətində məlumat verib.
Hazırda həkim nəzarətində olan F.Mahmudova səhhəti ilə bağlı bunları dilə gətirib:
“İndi sistem altındayam. Şükürlər olsun ki, yavaş-yavaş özümə gəlirəm. Həkim nəzarətindəyəm. Ölümdən döndüm. Mən hələ yaşamaq istəyirəm. Sizin saytınız vasitəsi ilə “Xəzər Media Mərkəzi”nə, aparıcı Lalə Azərtaşa, çalışdığım Akademik Musiqili Teatrının rəhbəri Əliqismət Lalayevə, Əməkdar artist Əkbər Əlizadəyə təşəkkürümü bildirirəm. Onlar mən xəstəxanada olan müddətdə demək olar ki hər gün mənə baş çəkirdilər, səhhətimlə maraqlanırdılar”.