WOW
WOW

Cavidandan Xalq artistinin qalmaqallı fikirlərinə cavab!

Cavidandan Xalq artistinin qalmaqallı fikirlərinə cavab!

Xalq artisti Əli Nur aktyor Cavidan Novruzun Akademik Milli Dram Teatrından uzaqlaşdırılmasını ilə bağlı qalmaqallı açıqlamar verib.

OLAY yazır ki, məsələ ilə bağlı Cavidan instaqram səhifəsində post yayımlayıb.  

Aktyor Xalq artistinin səsləndirdiyi fikirlərə bu sözlərlə cavab verib:

“Həmişə qışqıran, rahatlıqla kiminsə ailəsinə dil uzadan, söyüşlə danışan adamların günahı olur. İnanın ki, bu belədir. Belə insanlar hər zaman yalan danışır. Həmişə bağıra-bağıra danışan, çox tez-tez bir şeyi söyüşlə, qışqırtı ilə izah edən adamlar yalançı olur. Susacağam... Nə deyilsə belə susacağam. Heç kimə cavab verməyəcəyəm. Lazım gəlsə təklikdə cavab verəcəyəm”.

Qeyd edək ki, Əli Nurun əsəbiləşməsinə səbəb Cavidanın “Atamın dəfnində təmtəraqlı çıxışlar olmadı. Əli Nurun ora gəlməsinin bir mənası yox idi” sözləri olub.