“Ramiz Novruz vəfat edəndə getdim, gördüm ki, orada məfəniyyət nazirliyinin və digər qurumların nümayəndələri yoxdur. Saat 2 idi dəfn haqda heç nə deyilmirdi. Dedim ki, Ramiz Novruz seçilmiş aktyordur, ona qarşı etinatsızlıq olmaz. Saat 3-dən sonra nazirliyin, icra hakimiyyətin nümayəndəsi gəldi. Tabutu qaldıranda dedim dayanın, orada onun mədəniyyətimizə etdiyi xidmətlərdən danışdım. Məclisi də mən apardım. İndi baxıram ki, Cavidan deyir ki, atamın yasını pozan teatrın yaşlı aktyorları oldu. Başda da Əli Nur, onu öyrədib gətiriblər. Guya, teatrın yaşlı nəsli Ramiz Novruzun ölümünə sevinir”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Əli Nur qonaq olduğu “YouTube”da yayımlanan “Künc – bucaq” layihəsində deyib.
Ə.Nur bildirib ki, mərhum Xalq artist Ramiz Novruzun aktyor oğlu Cavidanın Akademik Milli Dram Teatrından uzaqlaşdırılması üçün Mədəniyyət Nazirliyinə müraciət edəcək:
“Cavidan, teatra gələn gənc intriqaçı aktyorlar qovulub. Sən dünənki uşaq oturub teatrı tənqid edirsən? Mənim oğlum gedib şəhid oldu, sən isə gizləndin. Hikmət Rəhimov deyir, bu teatrı saymıram. Onu şişirtmişdilər, baş rol verirdilər. Ziya Ağa, Hikmət Rəhimov, Cavidan virusdur. Mədəniyyət nazirinin qarşısına məsələni qoyacam, o, taetrdan getməlidir. Hazırda əlimdə yeni rolun məşqi var. Bitsin, nazirliyə gedəcəm. Bu viruslar haradan gəlib teatra düşüblər? Sənin kimi iki virus var idi (Ziya Ağa və Hikmət Rəhimov - red.), qovulmalı idi, amma ərizəsi ilə çıxdı. Atan teatrda aktyorların çoxu ilə düşmən idi. Utanmırsan atanın çalışdığı yeri təhqir edirsən? Cavidan Novruz, sən teatrdan getməlisən”.