Əməkdar artist Sahib İbrahimovun başına iş gəlib.
OLAY yazır ki, sənətçi qonaq olduğu “İncə səhər” verilişində dələduzların qurbanı olduğunu bildirib.
İbrahimov vurğulayıb ki, həmkarı Arzu Qarabağlının adından istifadə edən saxtakarlar ondan 100 manatını almağa nail olublar:
“Həmkarım Arzu Qarabağlıdan mənə mesaj gəldi. Mesajda “Əzizim salam. Sizə təcili işim düşüb. Xəstəxanaya düşmüşəm, pis haldayam. Mənə biraz pul ver”. Cavab olaraq yazdım ki, kartımda o qədər pul yoxdur. Söylədi ki, mənə 100 manat pul lazımdır. Yaxşıdır ki, məndən hələ 100 manat istəyib. Yəni canımı 100 manatla qutardım. Pulu Arzuya kart vasitəsi ilə yolladım. Bu anda həyat yoldaşım dedi ki, bunu yazan saxtakarlar olmasın. O mənə söylədi ki, mənə səsli mesaj atma halım pisdir, hazırda reanimasiyadayam. Bir dəqiqədən sonra mən dəyişdim. Arzuya məsələ ilə bağlı nömrəsinə zəng vurdum. O isə mənə cavabında söylədi ki, sizdən beş dəqiqə əvvəl həmkarımız Əlikram Bayramov mənə qəbz atıb ki, sizə 250 manat pul göndərmişəm. Arzu da çaş-baş qalıb. Bax bu cür həm məni həm də Əlikramı aldadıblar. Hələ yaxşı ki, məni 100 manat aldadıblar”.