“Keçən dəfə bir məsələ ilə bağlı (Əməkdar artist Teymur Əmrahın “Gün ortası verilişində Şəbnəm Tovuzlu, Manaf Ağayev, Damla, Zeynəb Həsəni barəsində xoş sözlər deməsini nəzərdə tutur - red.) fikirlərimi bildirib, tənqid etmişdim. Orada bir insanın belə sənəti, musiqi fəaliyyəti, səslərinin tembri haqqında bir söz deməmişdim. Mən başqa şeydən danışırdım. İnsanlar mənim fikirlərimi düzünə yox, əyri şəkildə qəbul edirlər. Bir daha deyirəm ki, orada mən heç kimin sənətinə xələl gətirəcək bir söz deməmişəm”.
OLAY yazır ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.
Sənətçi bir müddət əvvəl Əməkdar artist Teymur Əmrahla bağlı instaqramn səhifəsində yayımladığı tənqidi videoya bu fikirlə aydınlıq gətirib:
“Mən onların “mövqe”sindən danışmışam. İstər kişi, istərsə də qadın – sözün bir olmalıdır. Burada nə demisənsə, gedib başqa yerdə də həmin sözü olduğu kimi deməlisən. Burada başqa digər yerdə başqa söz deyirsənsə, deməli, sən mövqesizsən. Sənin sənətkarlığın da başına dəysin”.