WOW
WOW

“Evimi sataram, o hərəkəti etmərəm”

“Evimi sataram, o hərəkəti etmərəm”

“Bir milyon versələr ki, filankəsi təriflə. Etmərəm, əgər təriflidirsə, kişi qızısan onu təriflə. Amma pulla tərifləyirsənsə, şəxsiyyət deyilsən”.

OLAY yazır ki, bu sözləri “Rəngarəng” verilişində Əməkdar artist Elnarə Abdullayeva deyib. O bildirib ki, pul qarşılığında heç kimi tərifləyə bilməz:

“Şəxsiyyəti, mənəviyyatı pula satmırlar. Aləmi bir-birinə qatmısınız. Kişinin ağzından söz çıxar. Onun insanlıqda payı olmaz. Siz nə danışırsınız? Nə qoyub, nə axtarırsınız? Mənim imkanım yoxdursa, dədəmin goru, evimi sataram o hərəkəti etmərəm. Əgər yaxşıdırsa, buna yaxşı deyə bilmirsənsə, nəsə gözləyirsənsə, güdürsənsə ki, cibimə pul qoyacaqlar, o tələbəni tərifləyəcəm. Allah hidayət ver. Bir gün mənə dedilər ki, filankəsi toya istəyirik. Təzə çıxanlardandır. Onun nömrəsini verdim. Qayıtdılar ki, o oxuya bilir nömrəsini verirsən? Bunlara baxdım, deməli, sən oxuya biləni-bilməyəni qanırsan, mən yox. Deyirəm, ay qardaş, o toya gedirik, mənim nəyimə gərək oxuya bilir, ya bilmir. Balasına çörək aparacaq, toya gedir, getsin, pulunu qazansın. Sənəti olanlar ulduz olmur. Oğul odur ki, sənəti olmaya-olmaya ulduz olsun. O bura qədər gəlib çatıbsa, günahı içi siz qarışıq dəstək olanlardadır. Sənətə görə gəlməyib ki, efirə çıxıb ki, toylara getsin”.