WOW
WOW

“Bu problemlə mübarizə aparmaq üçün düşündüm ki...”

“Bu problemlə mübarizə aparmaq üçün düşündüm ki...”

“Gördüyüm odur ki, hər kəs öz fikirlərini ifadə edir, lakin ölkəmizdə internetdə yekun məlumatların Azərbaycan dilində olmaması hələ də müzakirə edilmir. Xüsusən də, xarici filmləri izləmək istədikdə əsasən yalnız rus və türk dillərinə məcburən əsaslanmalıyıq”. 

OLAY yazır ki, bu sözləri sosial media hesablarında müğənni Nura Suri yazıb. O, fikirlərinə bunları da əlavə edib:

“Bu isə cəmiyyətimizdə yaşlı nəsilin, xüsusilə rus dilinə alışmış olanların, öz ana dilində müəllif ifadələri ilə tanış olmalarını məhdudlaşdırır. Bu problemlə mübarizə aparmaq üçün düşündüm ki, ilk növbədə öz dilimizin təbliğatına başlamalıyıq. Azərbaycan dilində dünya ədəbiyyatı, elmi tədqiqatlar və müxtəlif məlumatların tərcüməsi vacibdir. Bu istiqamətdə əməkdaşlıq edən mütəxəssisləri bir araya gətirərək, ilkin mərhələdə önəmli əsərlərin xarici dillərdən autentik şəkildə tərcüməsi lazımdır. Eyni zamanda, internetdə ana dilimizdə məlumatların yayımlanmasını təmin etməliyik. Beləliklə, tədqiqatlar, xəbərlər, elmi məqalələr və digər müvafiq materiallar Azərbaycanın gənc və yaşlı nəsilləri üçün əlçatan olar. Daha əhəmiyyətlisi, unutmayaq ki, Azərbaycan dilində bir çox söz fars, ərəb və türk dilindən gəlmədir”.