Avroviziya təmsilçimiz Elnur Hüseynov Azərbaycan Hava Yollarından şikayətlənib.
OLAY yazır ki, Elnur Türkiyədəm qayıdarkən itini gətirmək istədiyini, lakin təyyarə dəyişdiyi və havalandırma sistemi işləmədiyi üçün 30 kiloluq ev heyvanı ilə bağlı problem yaşadığını bildirib:
“Mənə əvvəlcədən heç bir xəbərdarlıq edilməyib. Təyyarəni dəyişiblər, deyirlər havalandırma sistemi yoxdur. Hər təyyarədə bu olmalıdır. Eyni zamanda heç nə etmirlər və səhvi düzəltmirlər. Azərbaycana gələ bilmirəm. Belə iş olar? Ayıbdır. Nə sərnişinlərə, nə də bilet yoxlayan türk əməkdaşlarına təyyarənin dəyişdirilməsi və gecikmə ilə bağlı məlumat verilib. Onlar da bu vəziyyətə təəccübləniblər.
Beşulduzlu hava şirkəti belə işləməməlidir. Niyə hər dəfə başqa ölkələrin yanında biabır olmalıyıq? 21-ci əsrdir, maşınlar uçur, amma təyyarədə havalandırma sistemi işləmir. Bu, biabırçılıqdır, hər dəfə başımızı yerə soxursunuz. İzmirdə hava limanında çalışanlar da deyir ki, siz haqlısınız, bizim məlumatımız yoxdur”.