Əfsanəvi aktyor Silvestr Stallonenin 80 yaşı tamam olub.
OLAY yazır ki, aktyorun 57 yaşlı həyat yoldaşı Cennifer Flavin onu 80 illik yubileyi münasibətilə təbrik edib və onların toyundan, eləcə də artıq böyümüş qızları ilə birlikdə çəkilmiş ailə fotolarını paylaşıb.
“80 illik yubileyin mübarək, sevgilim! Səninlə ilk dəfə 1988-ci ildə tanış olduğum gündən bəri sən həyatımın ən böyük sevgisi olmusan. Mənə ən gözəl ailəni və əsl bir ocağı bəxş etdiyin üçün təşəkkür edirəm. Səni sevirəm” deyə Cennifer Flavin İnstaqram hesabında yazıb.