WOW
WOW

Brilliant Dadaşova 28 il sonra bu oğlanı axtarır

Brilliant Dadaşova 28 il sonra bu oğlanı axtarır

“Konsertöncəsi proqram hazırlarkən ilk solo konsertim yadıma düşdü. Necə sevgi, nə qədər sayğı və məhəbbətlə illər keçdi”.

OLAY yazır ki, bu sözləri 8 martda konsert verməyə hazırlaşan Xalq artisti Brilliant Dadaşova sosial media hesabında yazıb.

İlk konsertinin görüntüləini paylaşan sənətçi videodakı oğlanı axtardığını bildirib:

“Bu illərdə mən də böyüdüm və nəsilləri də musiqimlə böyütdüm.. Nə xoş.

P.S. Videonun sonundakı oğlanı tapın, deyin 8 mart konsertimdə gözləyirəm. Nəzərə alın video 97-ci ilindir”.

Qeyd edək ki, sənətçinin konserti Bakı Konqres Mərkəzində gerçəkləşəcək. Konsertə 1 ay qalsa da, biletlərin 50%-dən çoxu satılıb.