WOW
WOW

Ənvər Həsənov xəstəxanadan evə buraxıldı

Ənvər Həsənov xəstəxanadan evə buraxıldı

Xalq artisti Ənvər Həsənov ötən gün Mərdəkanda müalicə aldığı Reabilitasiya Mərkəzindən evə buraxılıb.

Bu haqda Xalq artistinin qızı Aytən Həsənova OLAY-ın əməkdaşı ilə söhbətində deyib.

Sənətkarın qızı bildirib ki, həkimlərlə məsləhətləşəndən sonra qərar alınıb ki, aktyor bir müddət müalicələrini evdə aparacaq. 

Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülsə də, yanvarın 21-də isə aktyorun vəziyyəti yenidən pisləşib. Həkimlərin qərarı ilə onun müalicəsi reanimasiyaya şöbəsində daha sonra isə Reabilitasiya Mərkəzində davam etdirilib.