Xalq artisti Tünzalə Ağayeva sevimli müğənni Nəsimi Məmmədovla bir araya gələrək yeni duetini təqdim edib.

OLAY yazır ki, “Sənin üçün doğulmuşam” adlanan nəğmə üçün sənətçilər kamera qarşısına keçərək klip də çəkdiriblər. Ekran işinin rejissorluğu Emin Muradova, quruluşçu operatorluğu isə Murad Muradlıya məxsusdur. Art direktor Zaur Abdullayevdir.

Mahnının musiqisi Fərid Kərimliyə, sözləri isə Tural Xaniyə aiddir. Aranjımanı Samir Soltanov, miks və masterinqi Emin Kərim edib.

Klipdə pop ulduzun geyimi üzərində yerli atelyelərdən çalışıb. Ağayevanın saç düzümünü stilist Fərid Bağırov, makiyajını isə Rəmalə Qasımova edib.

Qeyd edək ki, layihənin direktorları Yalçın Cabbarov və Azər Kərimovdur.