İş qadını Kayli Cenner ətraf mühitə münasibətinə görə ictimaiyyətin ciddi narazılığı ilə qarşılaşıb.

OLAY yazır ki, Kayli Kaliforniyada cəmi 17 dəqiqəlik uçuş üçün şəxsi biznes təyyarəsindən istifadə edib. Bildirilir ki, bu yolla avtomobillə təxminən 45 dəqiqə çəkən səfər əvəzinə 20 dəqiqədən bir qədər çox vaxta qənaət edib.

Sosial şəbəkə istifadəçiləri bu hərəkətinə görə məşhuru kəskin tənqid ediblər. Paylaşıma yazılan şərhlərdən birində “İqlim dəyişikliyindən bu qədər narahat olduğumuz halda hamımızdan daha az elektrik enerjisi istifadə etməyimiz, suya qənaət etməyimiz, plastikdən istifadə etməməyimiz və elektromobillər sürməyimiz tələb olunur. Halbuki milyarderlər 15 dəqiqəlik uçuşlar həyata keçirərək planeti məhv edirlər. Biz sadəcə məhvə məhkumuq” deyilib.

Jetlə 17 dəqiqəlik uçuşa görə tənqid olundu